Bu gün
Qazaxıstanda xarici işlər naziri saxlanılıb?

ORDA-nın məlumatına görə, bu gün Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu, iş adamı Hacı Hacıyev və Milli Təhlükəsizlik Komitəsinin bəzi yüksək rütbəli əməkdaşları saxlanılıb. Təhlil.az xəbər verir ki, məlumata görə, Nurtleu evində - ŞƏT sammitində iştirak etdiyi Çindən qayıtdıqdan dərhal sonra saxlanılıb. Müstəntiqlər Nurtleu və Hacıyevin evlərində axtarış aparıblar.
Qazaxıstanın "KazTAG" nəşri isə məlumatlı mənbəyə istinadən bildirir ki, yayılan xəbərlər həqiqətə uyğun deyil: “Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleunun saxlanılması barədə məlumat həqiqətə uyğun deyil”.
Hələlik rəsmi açıqlama verilməyib.
Bu gün
Bu gün