Bu gün

Rusiya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Rusiya nümayəndə heyəti tezliklə MDB Oyunları ilə əlaqədar Azərbaycana səfər edəcək.

Təhlil.az xəbər verir ki, bunu Şərq İqtisadi Forumunda çıxış edən Rusiyanın idman naziri Mixail Deqtyarev deyib.

“Azərbaycanın idman naziri cənab Qayıbov məni şəxsən dəvət edib. Səfərimlə bağlı qərarımı ayrıca verəcəyəm”, - deyə o, əlavə edib.

Qeyd edək ki, üçüncü MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində keçiriləcək və iştirakçılar idmanın 23 növü üzrə mübarizə aparacaqlar.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?