Bu gün
ABŞ nümayəndə heyəti “Tramp marşrutu” ilə bağlı İrəvana gedir

ABŞ-dən olan nümayəndə heyəti Ermənistanın Sünik bölgəsindən keçəcək “Tramp marşrutu” layihəsinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparmaq üçün İrəvana gedəcək.
Təhlil.az xəbər verir ki, amerikalıların səfəri gələn həftəyə planlaşdırılıb.
Onlar erməni tərəfi ilə yalnız marşrutun texniki və siyasi detalları deyil, həm də investisiya həcmləri, prioritet istiqamətlər və tikinti işlərinin başlanma müddətlərini müzakirə edəcəklər.
Görüşlərin qapalı rejimdə keçirilməsi nəzərdə tutulur.
Bu gün
Bu gün