04 sentyabr
Tramp: "Putin və Zelenski sülhə hələ hazır deyil"

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenskinin hələlik sülh sazişi imzalamağa hazır olmadığını bildirib.
Təhlil.az xəbər verir ki, Tramp bu barədə açıqlamasında deyib:
“Nəsə baş verməlidir, amma onlar hələ hazır deyillər. Lakin bu proses mütləq baş tutacaq və biz bunu həyata keçirəcəyik”.
ABŞ Prezidenti qeyd edib ki, mövzunu həm Putin, həm də Zelenski ilə müzakirə edib.
Tramp sülh sazişinin imzalanması üçün səyləri davam etdirəcəyini bildirib və mövqeyini “realist və optimist” adlandırıb.
Dünən