03 sentyabr

Lavrov Ukraynada davamlı sülh üçün şərtləri təkrarlayıb

Sülhün davamlı olması üçün orada keçirilən referendumlar nəticəsində Krım, Sevastopol, DXR, LXR, Zaporojya və Xerson vilayətlərinin Rusiya Federasiyasına qoşulmasından sonra yaranmış yeni ərazi reallıqları beynəlxalq hüquqi müstəvidə tanınmalı və rəsmiləşdirilməlidir.

Təhlil.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.

“Həmçinin Ukrayna üçün neytral, bloklara qoşulmayan və qeyri-nüvə statusu, yəni 1990-cı ildə Ukraynanın müstəqilliyi haqqında bəyannamədəəksini tapmış və Ukrayna dövlətçiliyinin bir vaxtlar Rusiya və bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığı şərtləri təmin etmək lazımdır”, - deyə o, qeyd edib.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?