03 sentyabr
Bolqarıstan Avropa Komissiyasının rəhbərinin təyyarəsi ilə bağlı insidenti araşdırmayacaq

Bolqarıstan hökuməti Avropa Komissiyasının sədri Ursula fon der Leyenin təyyarəsinin Bolqarıstanın Plovdiv hava limanına çatdığı zaman GPS-in nasazlığının səbəblərini araşdırmaqdan imtina edib.
Təhlil.az xəbər verir ki, Bolqarıstanın Baş naziri Rosen Jelyazkov bildirib ki, istintaqın açılması üçün heç bir əsas yoxdur.
O, qeyd edib ki, bu cür pozuntular hibrid təhdidlər və ya kiber təhlükələr kimi təsnif edilmir.
Jelyazkov əlavə edib ki, fon der Leyenin təyyarəsinə təsir edən kimi GPS müdaxiləsi qeyri-adi deyil.
Dünən