02 sentyabr

Əfqanıstanda zəlzələ qurbanlarının sayı: 900 ölü, 3000 yaralı

Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatıb.

Təhlil.az xəbər verir ki, bu barədə Əfqanıstanın Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyin mətbuat xidməti məlumat verib.

Xəsarət alanların sayı isə 3000 nəfərdir.

Ölü sayının ciddi dərəcədə artacağı istisna edilməyib.