Bu gün
Aİ missiyasının Ukraynadakı binası zədələnib

Gecə saatlarında Rusiyanın endirdiyi zərbələr diplomatik korpusa da dəyib. Bu isə birbaşa Vyana Konvensiyasını pozur.
Təhlil.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa sosial şəbəkə hesablarında yazıb.
"Aİ-nin Ukraynadakı missiyasının binalarına ziyan dəyib. Bu, təkcə Aİ tərəfindən deyil, bütün dünya tərəfindən qınaq tələb edir. Biz Aİ həmkarlarımızla həmrəy olduğumuzu bildiririk və yardım göstərməyə hazırıq", - deyə o, qeyd edib.
Bu gün