Bu gün

ABŞ qaydaları sərtləşdirir: Xarici jurnalistlər və tələbələrə viza məhdudiyyətləri gözlənilir

ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi xarici jurnalistlər (I vizası), tələbələr (F vizası) və mübadilə proqramlarında iştirak edən şəxslər (J vizası) üçün ölkədə qalma müddətinə məhdudiyyət qoymağı təklif edib.

Təhlil.az xəbər verir ki, təklifə əsasən, jurnalistlərə ABŞ-də 240 günədək (Çin vətəndaşları üçün 90 gün) qalmağa icazə veriləcək, bu müddət zərurət olduqda uzadıla bilər.

Tələbələr və mübadilə iştirakçıları isə təhsil müddəti ərzində, lakin maksimum dörd ilədək ölkədə qala biləcəklər.

Bu dəyişikliklərin məqsədi vizaların şərtlərinə əməl olunmasına nəzarəti gücləndirməkdir.

Təkliflər 60 gün ərzində ictimai müzakirəyə çıxarılacaq. Qeyd edək ki, oxşar təşəbbüs daha əvvəl Donald Tramp administrasiyası dövründə də irəli sürülsə də, qəbul olunmayıb.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?