Bu gün

Rusiyanın Kiyevə növbəti hücumu: 8 ölü, 38 yaralı

Rusiya Kiyevə zərbələr endirib.

Təhlil.az xəbər verir ki, şəhərdə çoxmərtəbəli yaşayış binasında yanğınlar və çökmələr var, uşaq bağçası və ticarət mərkəzi yanır. Hücumlar nəticəsində 8 nəfərin öldüyü, 38 nəfərin yaralandığı bildirilir.

"Rusiya müharibəni bitirməkdənsə, öldürməyə davam etməyi seçir. Bu isə o deməkdir ki, Rusiya hələ də bunun nəticələrindən qorxmur... Biz Çinin baş verənlərə reaksiyasını gözləyirik. Çin dəfələrlə müharibəni genişləndirməməyə və atəşkəsə çağırıb. Bu, Rusiyaya görə baş vermir. Biz Macarıstanın reaksiyasını gözləyirik. Uşaqların ölümü mütləq hər şeydən daha çox emosiyalara səbəb olmalıdır", - deyə Ukrayna prezidenti Zelenski bildirib.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?