28 avqust

Polşada keçmiş nazir döyülüb

Polşanın keçmiş səhiyyə naziri Adam Nedzelski COVID-19 epidemiyası zamanı apardığı siyasətə görə Polşanın qərbindəki Sedlets yaşayış məntəqəsində döyülüb.

Təhlil.az xəbər verir ki, o, 2022-2023-cü illərdə nazir postunu tutub.

Məlumata görə, siyasətçiyə hücum edən şəxslər ölkədə COVID-19 epidemiyası zamanı Nedzelskinin qərarlarını yüksək səslə tənqid ediblər. Keçmiş nazirin ciddi xəsarət almadığı, hücum edənlərin isə yerli polis tərəfindən nəzarətə götürüldüyü bildirilib. Saxlanılanların dindirilməsi bu gün baş tutacaq.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?