Bu gün

Günəşdə 100-dən çox yeni ləkə peyda olub

Son 24 saatda Günəşdə azı 100 yeni ləkə müşahidə edilib.

Təhlil.az-ın xəbərinə görə, Rusiya Elmlər Akademiyasının Günəş Astronomiya Laboratoriyas xəbərdarlıq edir ki, bu ləkələr böyük enerji ehtiyatlarına işarədir və yaxın günlərdə güclü günəş partlayışları mümkündür.

Alimlər bildirirlər ki, fon rentgen şüalanması C səviyyəsini keçib, lakin alovların sayı azalıb. Bu, Günəşin böyük partlayışlar üçün enerji topladığına işarə ola bilər. Əgər belədirsə, yaxın günlər Yer üçün təhlükəli ola bilər, çünki aktiv bölgələr hazırda Yerin təsir zonasındadır.

Alternativ ehtimal isə Günəşin artıq enerjisini sərf etdiyi və soyumağa başladığıdır. X-səviyyəli məşəllər üçün enerji yığımı adətən 1–2 gün çəkir.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?