Bu gün

"Avropa üçlüyü" ABŞ-ni İrana qarşı sanksiyaları bərpa etmək niyyəti barədə xəbərdar edib

Fransa, Almaniya və Böyük Britaniya, eləcə də Aİ diplomatik xidmətlərinin rəhbərləri ABŞ dövlət katibi Marko Rubioya İrana qarşı sanksiyaların bərpası niyyətlərini bildiriblər.

Təhlil.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məqsəd – Tehrana iqtisadi təzyiqi artırmaqdır, lakin bu, İranın cavab tədbirləri görməsinə səbəb ola bilər.

Daha əvvəl "Reuters" yazıb ki, nüvə danışıqları uğursuz alındığından, "Avropa üçlüyü" avqustun 28-də sanksiyaların bərpasına başlaya bilər. Qərar BMT Təhlükəsizlik Şurasına yazılı şəkildə təqdim olunacaq və 30 gün sonra İranın maliyyə, enerji və müdafiə sektorlarına sanksiyalar geri qaytarılacaq.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?