24 aprel
Ermənistanın növbəti dezinformasiyası

Azərbaycan Ordusunun bölmələrinin guya aprelin 23-də saat 22:20 radələrində Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması barədə Ermənistan Müdafiə Mazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir.
Təhlil.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açmır. Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla öz təxribatlarını ört-basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır", - deyə məlumatda qeyd olunub.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
Bu gün
30 dekabr
30 dekabr
30 dekabr