Dünən
ABŞ-da məktəbdə atışma olub

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində atışma baş verib.
Təhlil.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Tim Uolz məlumat verib. "Bu dəhşətli zorakılıq aktına məruz qalan uşaqlarımız və müəllimlərimiz üçün dua edirəm",- deyə o, sosial media hesabında yazıb.
Uolz bildirib ki, səlahiyyətli şəxslər hadisə yerindədirlər.
Polis isə atəş açan şəxsin zərərsizləşdirildiyini açıqlayıb.
Qurbanların sayı barədə hələlik məlumat verilməyib.