Putin və Ərdoğan Çində görüşə bilər

Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş ehtimalı olsa da, onlar arasında tamhüquqlu danışıqların olub-olmayacağı hələlik məlum deyil.
Təhlil.az xəbər verir ki, xarici media qurumlarında dərc edilən yazılar əsasında gəlinən qənaətə görə, həm Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun sonunda Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək, həm də Rusiya prezidenti Vladimir Putin gələn həftə Rusiya və Çin nümayəndə heyətləri arasında genişmiqyaslı danışıqların planlaşdırıldığı Çinə dördgünlük səfərə gedəcək.
Bu baxımdan liderlər arasında şəxsi münasibətləri nəzərə alsaq, görüşmək, salamlaşmaq, “ayaq üstə” söhbət etmək imkanı var. Ancaq bunların tamhüquqlu danışıqlar olub-olmayacağı isə hələ məlum deyil.