Amerika xalqlarının sağ qalmasına kömək edən qədim gen aşkar edilib

Denisovalılardan mirasqalan MUC19 geni Amerikanın yerli xalqlarının yeni şəraitə uyğunlaşmasında əsas rol oynayıb.
Təhlil.az xəbər verir ki, “Science” jurnalında dərc olunan araşdırmaya əsasən, immunitet sistemi ilə əlaqəli olan bu gen müasir və qədim populyasiyaların DNT-sində tapılıb və onun yaşamaq üçün əhəmiyyətini təsdiqləyir.
MUC19 tənəffüs və həzm yollarının tüpürcək və selik baryerlərinin istehsalında iştirak edir.
Tədqiqatlar göstərir ki, Denisovan variantı yerli köklərə malik müasir Latın amerikalılarda, həmçinin qədim amerikalıların DNT-sində yüksək konsentrasiyalarda olur. Bu, genin güclü təbii seçim altında olduğunu, onun daşıyıcılarına sağ qalma və ya reproduktiv fayda təmin etdiyini göstərir.
Qədim insanların sirli növü olan Denisovalılar 300-30 min il əvvəl Asiyada yaşayıblar. Onların fosillərdən əldə edilən DNT-si elm adamlarına müasir insanlarla paylaşdıqları genləri müəyyən etməyə imkan verib.