26 avqust

Moskvada miqrantları elektron tətbiq vasitəsilə izləyəcəklər

Sentyabrın 1-dən etibarən Moskvada miqrantları izləməyə imkan verəcək elektron monitorinq tətbiqi istifadəyə veriləcək.

Təhlil.az xəbər verir ki, bu barədə məlumatı “İnterfaks“ dərgisi Moskva meri Sergey Sobyaninə istinadən yayıb.

Məlumatda bildirilir ki, yeni sistem miqrantların harada olduqlarını öyrənməyə imkan verəcək.

Sergey Sobyaninin sözlərinə görə, Moskva hökuməti miqrantların nəzarətdə saxlanılması məqsədilə “Moskva regionunda bir sıra eksperimentlərin aparılması” üçün icazə alıb. Mer qeyd edib ki, bütün hava limanlarında miqrantların biometrik nəzarəti tətbiq olunub. Həmçinin, Moskva ərazisində miqrantlara onlara aid bütün məlumatlar daxil edilmiş “elektron kart” təqdim ediləcək.

“QR kod vasitəsilə polis həmin şəxslə bağlı hər şeyi öyrənə bilər – nə vaxt gəlib, hansı müddətə, harada işləyir, miqrasiya pozuntusu var ya yox. Əgər qırmızı işıq yanırsa, polisin onu saxlaması vacibdir. Yaşıldırsa, heç bir sual yaranmır”, – deyə mer vurğulayıb.

Qeyd edək ki, miqrantlardan mobil telefonlarına xüsusi tətbiqi yükləmələri tələb olunacaq və bunun vasitəsilə onların geolokasiya məlumatları Daxili İşlər Nazirliyinə ötürəcək. Bu, səlahiyyətlilərə onların yerini uzaqdan izləməyə imkan verəcək. Üç gün ərzində geolokasiya məlumatları alınmazsa, miqrant reyestrdən çıxarıla bilər.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?