Bu gün

Vens: Avropa liderləri Trampın onlarla görüşdən sonra Putinə zəng edəcəyini gözləmirdilər

Avropa liderləri gözləmirdilər ki, ABŞ prezidenti Donald Tramp avqustun 18-də Ağ Evdə onlarla görüşəndən dərhal sonra Rusiya prezidenti Vladimir Putinə zəng edəcək.

Təhlil.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Vens “Fox News” telekanalına müsahibəsində bildirib.

“Prezident dedi ki, görüş yaxşı keçdi, mən Vladimir Putinə zəng edəcəm, görüm bu barədə nə deyəcək. Hamı ondan gələn həftə zəng edəcəyini soruşdu”, - deyə Vens qeyd edib. ABŞ vitse-prezidentinin sözlərinə görə, Tramp belə cavab verib: "Xeyr.Moskvada saat neçədir? Mən indi ona zəng edəcəm".

Vensin vurğuladığına görə görüşün digər iştirakçıları Amerika liderindən belə bir addım gözləmirdilər. Avropalılar buna etiraz edərək, hazırlıqların edilməsinin vacibliyini bildiriblər. Tramp bu arqumentlərə qulaq asmayıb və dərhal Rusiya liderinə zəng edib.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?