Bu gün

NATO-nun növbəti sammiti 2026-cı ilin iyulunda Türkiyədə keçiriləcək

NATO-nunbaş katibi Mark Rutte 2026-cı il NATO sammitinin 7-8 iyul tarixlərində Ankarada keçiriləcəyini açıqlayıb. Təhlil.az bu barədə qurumun baş qərargahının mətbuat xidmətinin məlumatına istinadla xəbər verir.

Rutte deyib:

"Bu mühüm toplantıya ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür edirəm. Türkiyə 70 ildən artıqdır ki, NATO-nun sadiq müttəfiqi olub və ümumi təhlükəsizliyimizə əvəzsiz töhfə verib.

Növbəti sammitimizdə liderlər NATO-nu daha güclü, daha ədalətli və daha effektiv, təhlükəsizliyimiz üçün kritik çağırışlara cavab verməyə hazır bir ittifaqa çevirmək üçün fəaliyyətini davam etdirəcəklər”.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?