Bu gün
Vens: Maskın siyasi partiya yaratmaq cəhdləri “böyük səhv”dir

ABŞ vitse-prezidenti Cey Di Vens amerikalı iş adamı İlon Maskın üçüncü siyasi partiya yaratmaq cəhdlərini “böyük səhv” adlandırıb.
Təhlil.az xəbər verir ki, Vens “Fox News” telekanalına müsahibəsində deyib:
"Mask artıq Donald Tramp administrasiyasında işlədiyi üçün respublikaçılar və demokratlar arasında orta mövqe tuta bilməz. İlon Mask üçün üçüncü partiya yaratmaq cəhdlərini davam etdirmək böyük səhv olar. O, artıq radikal solçular tərəfindən sağçıların tərəfdarı kimi qəbul olunur. Həm demokratlar, həm də respublikaçılar arasında seviləcəyi, orta siyasi xəttə yer ala biləcəyi reallığa uyğun deyil”.
Qeyd edək ki, iyulun 5-də İlon Mask ABŞ-da “Amerika” partiyasını yaratdığını açıqlayıb.
Bu gün
Bu gün
Bu gün