Bu gün

Paşinyan Zəngəzur dəhlizindən və Konstitusiyadan danışıb

Yaradılacaq Ermənistan–ABŞ birgə şirkəti Zəngəzur dəhlizinə nəzarət etməyəcək, yalnız biznes–idarəetməni həyata keçirəcək.

Təhlil.az erməni mediasına istinadla xəbər verir ki, xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Yəni söhbət sırf iqtisadi idarəçilikdən gedir, siyasi və təhlükəsizlik məsələləri gündəmdə deyil.

Ölkə başçısı hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, biznes mühiti, ixrac, idxal və tranzitin mümkün qədər asan olması üçün Ermənistan-Azərbaycan sərhəd-keçid məntəqələrinin hamısında sadələşdirmə tədbirləri görüləcək.

Bununla yanaşı, baş nazir Konsitusiya dəyişikliyi məsələsinə də toxunub:

“Əgər ratifikasiya prosesi zamanı Konstitusiya Məhkəməsi sülh sazişinin paraflanmasının Konstitusiyaya zidd olduğunu qərara alarsa, mən şəxsən konstitusiya dəyişiklikləri ilə bağlı təşəbbüs irəli sürəcəyəm. Hazırda buna dair düşünməyə ehtiyac yoxdur, amma bizdə yeni Konstitusiyanın qəbul edilməsi gündəliyi var".

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?