Bu gün

Lavrov: Rusiyasız təhlükəsizlik təminatlarını müzakirə etmək mümkün deyil

Ukraynanın təhlükəsizlik təminatları məsələsində irəliləyiş yalnız Moskvanın iştirakı ilə mümkündür.

Təhlil.az xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə keçirilən İstanbul danışıqları bu mövzuda əsas baza olmalıdır.

“Rusiya olmadan müzakirə – dalana aparan yoldur”, - nazir deyib.

Lavrov həmçinin vurğulayıb ki, Çin, ABŞ, Böyük Britaniya və Fransa da bərabərhüquqlu tərəflər kimi prosesdə iştirak etməlidir.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?