Bu gün
Trampdan İranla bağlı iddia

ABŞ İranın nüvə obyektlərini bombalamasaydı, Tehran dörd həftə ərzində nüvə silahı hazırlaya bilərdi.
Təhlil.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp avqustun 19-da verdiyi müsahibədə belə hesab etdiyini bildirib.
"Onlar bundan istifadə edərdilər", - deyə Tramp Tehrandakı səlahiyyətlilərin əlindəki nüvə silahına istinad edərək iddiasını dilə gətirib.
Amerika prezidenti həm özünü, həm də İsrailin Baş naziri Benyamin Netanyahunu “müharibə qəhrəmanı” adlandırıb.
"Biz birlikdə işləyirik. O, müharibə qəhrəmanıdır. Elə mən də. Heç kimin vecinə deyil, amma mən də varam. Yəni o təyyarələri İranın nüvə obyektlərini bombalamaq üçün göndərmişəm", - Tramp deyib.
Bu gün
Bu gün
Bu gün
Bu gün