Bu gün
NATO-nun Baş katibi və Ərdoğan Ukraynanın təhlükəsizlik təminatlarını müzakirə ediblər

NATO-nun Baş katibi Mark Rutte Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Təhlil.az xəbər verir ki, bu barədə Türkiyə liderinin mətbuat xidməti məlumat yayıb.
“Söhbət zamanı Ukrayna ilə Rusiya arasında sülh prosesi ilə bağlı son hadisələr müzakirə olundu. Prezident Ərdoğan və NATO-nun baş katibi Rutte Türkiyənin Ukraynada sülh prosesində və Qara dənizdə təhlükəsizliyin təmin edilməsində əsas rolunu vurğuladılar”, - deyə xidmət “X” sosial şəbəkəsində məlumat paylaşıb.
“Prezident Ərdoğan və NATO-nun baş katibi Rutte həmçinin etibarlı və davamlı təhlükəsizlik təminatları ilə bağlı fikir mübadiləsi apardılar”, - mətbuat xidməti əlavə edib.
Bu gün
Bu gün
Bu gün
Bu gün