Bu gün

Tramp Meksika ilə sərhəddəki divarın qara rəngə boyanmasını əmr edib

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divarın qara rəngə boyanmasını əmr edib ki, divar günəşdə qızsın və qeyri-qanuni mühacirlərin onun üzərinə dırmaşmasının qarşısını alsın. Təhlil.az xəbər verir ki, bu barədə ölkənin daxili təhlükəsizlik naziri Kristi Noem bildirib.

Divarın rənglənməsi həm də metal konstruksiyanı korroziyadan qoruyacaq.

"Arxamdakı divara baxsanız, görərsiniz ki, o, hündürdür, onu aşmaq çox çətindir, demək olar ki, qeyri-mümkündür. Bünövrə də çox dərindədir. Ona görə də altında tunel qazmaq çətindir. İndi də biz onu qara rəngə boyayacağıq", - nazir ABŞ-Meksika sərhədinə səfəri zamanı deyib.

Rəsminin sözlərinə görə, bu, birbaşa Ağ Ev rəhbərinin xahişi ilə həyata keçiriləcək.

“O, yüksək temperaturda burada hər hansı qara rəngli əşyanın daha da isindiyini və buna görə də divarın üstündən dırmaşaraq aşmağın çətinləşəcəyini başa düşür”, - Noem vurğulayıb.

Öz növbəsində ABŞ Sərhəd Xidmətinin rəisi Mayk Benks qeyd edib ki, divarın qara rəngə boyanması onun üzərinə qalxmağı çətinləşdirməklə yanaşı, həm də metal konstruksiyanı korroziyadan qoruyacaq. Sərhəddə işıqlandırma, videomüşahidə sistemləri və seysmik sensorlar da quraşdırılacaq.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?