18 avqust

Zelenski: Rusiya Odessada SOCAR-a məxsus obyektə qəsdən hücum edib

Ukrayna prezidenti Volodimir Zelenski Odessada SOCAR-a məxsus neft bazasına edilən hücumu Rusiyanın məqsədli şəkildə həyata keçirdiyini bildirib.

Təhlil.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında açıqlama verib.

“Rusiya tərəfindən Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum olub. Bu, həm bizim münasibətlərimizə, həm də enerji müstəqilliyimizə hücumdur”, – deyə Ukrayna lideri qeyd edib.

O, Rusiyanın məqsədyönlü olaraq mülki şəxsləri və infrastruktur obyektlərini hədəfə aldığını vurğulayıb.

Zelenski həmçinin müharibənin dayandırılmasının vacibliyini və bunun üçün Rusiyanın addım atmalı olduğunu bildirib.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?