18 avqust

İran XİN MAQATE ilə danışıqların yeni raundunu açıqlayıb

İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında danışıqlar yaxın günlərdə baş tuta bilər. Təhlil.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.
“Yaxın günlərdə agentliklə danışıqların növbəti raundu ola bilər” - Bəqayi həftəlik mətbuat konfransında bildirib.

İslam Respublikasının xarici işlər nazirinin müavini Kazım Qəribabadi avqustun 11-dəTehranda İran rəsmiləri ilə MAQATE nümayəndəsi arasında keçirilən danışıqlardan sonra bildirib ki, tərəflər İranın nüvə proqramı üzrə məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Diplomat qeyd edib ki, MAQATE baş direktorunun müavini Massimo Aparo ilə görüşdə hazırkı şəraitdə Tehranla agentlik arasında qarşılıqlı fəaliyyət formatı müzakirə olunub.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?