18 avqust
Odessada SOCAR-a məxsus neft bazası silsilə hücumlara məruz qalıb

Avqustun 18-nə keçən gecə Odessa vilayətindəki SOCAR-a məxsus neft bazası “Şahed” tipli PUA-ların silsilə hücumuna məruz qalıb. Təhlil.az xəbər verir ki, bir neçə birbaşa zərbədən sonra ərazidə yanğın baş verib. Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb.
Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.