10 aprel

Xarici ölkə vətəndaşı Azərbaycanda 540 min manat sərmayə ilə yeni şirkət yaradıb

Dövlət Vergi Xidməti tərəfindən cari ilin yanvar ayının 31-də “Sunrise Real Estate” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.

Tehlil.az bu barədə Dövlət Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, şirkətin qanuni təmsilçisi Serbiya Respublikası vətəndaşı Renata Mulicdir. Şirkətin nizamnamə kapitalı 540 min manatdır.