15 avqust

Tramp və Putinin Alyaska səfərində müşayiət heyətləri açıqlanıb

Donald Tramp və Vladimir Putini Alyaska səfərində müşayiət edəcək heyətlər məlum olub.

Təhlil.az xəbər verir ki, Ağ Ev Donald Trampla birgə Alyaska səfərində iştirak edəcək heyət qismində “Bir nömrəli bort”da olan rəsmilərin siyahısını yayıb:
• Dövlət katibi Marko Rubio;
• Maliyyə naziri Skott Bessent;
• Ticarət naziri Hovard Latnik;
• Xüsusi nümayəndə Stiv Uitkof;
• Mətbuat katibi Kerolayn Levit;
• Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklif.
Siyahıda vitse-prezident Cey Di Vens yer almayıb.

Kreml də Vladimir Putini səfərdə müşayiət edəcək nümayəndə heyətini açıqlayıb:
• Xarici işlər naziri Sergey Lavrov;
• Maliyyə naziri Anton Siluanov;
• Müdafiə naziri Andrey Belousov;
• Prezidentin köməkçiləri Yuri Uşakov və Kiril Dmitriev.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?