11 avqust

Rusiya Zaporojyedə avtovağzal və klinikanı bombaladı — 19 yaralı

Rusiya aviasiyası Zaporojye şəhərinə iki hava zərbəsi endirib.

Təhlil.az xəbər verir ki, Zaporojye Regional Hərbi İdarəsinin rəhbəri İvan Fyodorovun məlumatına görə, idarə olunan aviabombalarla avtovağzal və Zaporojye Tibb Universitetinin klinikası vurulub.

Xilasedicilər dağıntılar altındakı insanları çıxarmaq üçün xüsusi texnika cəlb ediblər.

Son məlumata görə, hücum nəticəsində 19 nəfər yaralanıb.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?