07 avqust
Trampın tarifləri bu gecə qüvvəyə minir

ABŞ prezidenti Donald Tramp təsdiqləyib ki, qarşılıqlı tariflər avqustun 7-də gecə yarısı qüvvəyə minəcək.
Təhlil.az xəbər verir ki, bu barədə Tramp "Truth Social"da yazıb.
"Qarşılıqlı tariflər gecə yarısı qüvvəyə minir"- deyə, o qeyd edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, idxal rüsumları Amerika iqtisadiyyatına, ilk növbədə, illərdir Birləşmiş Ştatlarla ticarət əlaqələrindən sui-istifadə edən ölkələrdən “milyardlarla dollar” cəlb edəcək.
Xatırladaq ki, avqustun 1-də Tramp 60-dan çox ölkə və Avropa İttifaqına 15%-dən 41%-ə qədər tariflər tətbiq edən sərəncam imzalayıb.
Ən yüksək tariflər Suriya (41%), Laos (40%), Myanma (40%), İsveçrə (39%), İraq (35%) və Serbiya (35%) kimi ölkələrə tətbiq edilib.