06 avqust

Paşinyan ABŞ-yə səfər edir

Paşinyan ABŞ-yə səfər edir Ermənistan Baş naziri Nikol Paşinyan 7-8 avqust tarixlərində Vaşinqtona səfər edəcək.

Təhlil.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Paşinyan ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək. Tərəflər Ermənistan-ABŞ strateji tərəfdaşlığının dərinləşdirilməsini müzakirə edəcəklər.

Bundan əlavə, ABŞ və Azərbaycan prezidentlərinin iştirakı ilə üçtərəfli görüş nəzərdə tutulur. Görüşün əsas mövzusu regionda sülh, rifah və iqtisadi əməkdaşlığın təşviqidir.