Dünən
Braziliya prezidenti: “Tramp bütün sərhədləri keçib”

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ölkənin ABŞ-dən asılılığını dayandırdığını bildirib.
Təhlil.az xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun amerikalı həmkarı Donald Tramp tariflərin köməyi ilə ölkənin daxili işlərinə qarışmağa çalışır. "Düşünürəm ki, prezident... istədiyini vergiyə cəlbedə bilər. Lakin o, həddindən artıq irəli gedib. O, çoxtərəfliliyə son qoymaq istəyir", - da Silva deyib.
O əlavə edib ki, respublika keçmişdə olduğu kimi indi ABŞ-dın asılı deyil.
"Braziliyanın indi bütün dünya ilə çox geniş ticarət əlaqələri var. İqtisadi baxımdan bizimdaha çox imkanlarımız var", - deyə, Braziliya prezidenti qeyd edib.
O, ölkənin suverenliyinə aid məsələlərdə ABŞ-yə təslim olmayacağını vurğulayıb.