Dünən
129 ölkədə risk var, Çində yoluxmalar artır – çikungunya yayılır

Çində çikungunya qızdırmasına 2800-dən çox yeni yoluxma Çinin cənubundakı Quanqdonq əyalətində bir həftə ərzində 2892 yeni çikungunya qızdırması halı qeydə alınıb.
Təhlil.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Yoluxmaların əsas hissəsi (2770 nəfər) Foşan şəhərində aşkarlanıb.
Ağırlaşma və ölüm halları qeydə alınmayıb.
Xatırladaq ki, çikungunya və dəngə qızdırmaları əsasən “Aedes” cinsindən olan ağcaqanadlar vasitəsilə yayılır və hazırda 129 ölkədə 4 milyarda yaxın insan bu xəstəliklərə yoluxma riski altındadır.