Dünən

Kiyevə raket hücumu: Ölənlərin sayı 27-yə çatdı

Kiyevin Svyatoşinski rayonunda xilasedicilər iyulun 31-də Rusiya raketi tərəfindən dağıdılmış çoxmərtəbəli binanın dağıntıları altından daha 11 cəsədi çıxarıb. 

Təhlil.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Səhər saat 8:00-a olan məlumata görə, ölənlərin sayı 27 nəfərə çatıb, bu barədə şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko aydınlıq gətirib. Həlak olanlar arasında üç uşaq da var.

Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, 16-sı uşaq olmaqla 159 nəfər xəsarət alıb. Ukrayna Hərbi Hava Qüvvələrinin hesablamalarına görə, Rusiya ordusu iyulun 31-nə keçən gecə 309 pilotsuz uçuş aparatı və səkkiz “İsgəndər-K” qanadlı raketindən istifadə etməklə Kiyevə kütləvi hücuma keçib və Ukraynanın digər şəhərlərinə hücum edib.

Ümumilikdə 288 pilotsuz təyyarə və üç raket vurulub. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri beş raketin hədəfi vurduğunu bildirib, onlardan biri Kiyevdə çoxmərtəbəli yaşayış binasının girişini düşüb. 12 yerdə isə 21 hücum pilotsuz təyyarəsini dağıdıb. Hava hücumundan müdafiə sistemi işlədikdən sonra daha 19 yerə, əsasən də paytaxta ziyan dəyib.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?