Dünən
Hindistanın dövlət neft emalı zavodları Rusiyadan neft alışını dayandırıb

Hindistanın dövlət neft emalı zavodları Trampın təhdidlərindən sonra Rusiyadan neft alışını dayandırıb. Təhlil.az xəbər verir ki, adətən Rusiya neftini alan Hindistanın dörd dövlət neft emalı zavodu təxminən bir həftədir ki, bu ölkəyə heç bir müraciət ünvanlamayıb. Bu şirkətlər alternativ təchizat üçün spot bazara müraciət etdilər. Əsas hədəf Yaxın Şərq və Qərbi Afrika xam neftidir.
Hazırda Hindistanda Rusiya neftinin ən böyük alıcıları özəl neftayırma şirkətləri olan “Reliance Industries” və “Nayara Energy”dir. Bununla belə, dövlətə məxsus neft emalı zavodları Hindistanın sutkada 5,2 milyon barel olan ümumi emal gücünün 60%-dən çoxunu təşkil edir.
Bu gün
Bu gün
Bu gün