Dünən

Litvanın baş naziri istefa verdi

2024-cü ilin dekabrından Litvanın baş naziri vəzifəsində olan Gintautas Palutskas istefa verib, eyni zamanda Litva Sosial Demokrat Partiyasının sədri vəzifəsini də tərk edib. Təhlil.az xəbər verir ki, qərar baş nazir təyin edildikdən sonra Palutskasa məxsus şirkətə 200.000 avro kredit verilməsi, eləcə də Avropa subsidiyalarından istifadə də daxil olmaqla, şübhəli maliyyə əməliyyatları ilə bağlı bir sıra jurnalist araşdırmalarından sonra verilib.

Gintautas baş nazir kimi fəaliyyətində hər hansı ciddi qanun pozuntusu ilə bağlı iddiaları rədd edib. Lakin onun hazırkı vəzifələri ilə birbaşa əlaqəli olmadığını söylədiyi keçmiş səhvlərini də etiraf edib.

Litva prezidenti Gitanas Nauseda Palutskasın qərarını indiki vəziyyətdə yeganə düzgün və vaxtında verilmiş qərar adlandırıb.

Litva Milli Televiziya və Radiosunun istinad etdiyi qeyri-rəsmi məlumata görə, baş nazir postunu müvəqqəti olaraq daxili işlər naziri Vladislav Kondratoviç tuta bilər.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?