Dünən

Cənubi Koreya avtomobil sənayesi ABŞ-nin tarifləri səbəbindən 5 milyard dollar itirə bilər

Cənubi Koreyalı avtomobil istehsalçıları Vaşinqton və Seul arasında Cənubi Koreyadan gətirilən mallara 15% rüsum tətbiq edən ticarət müqaviləsi çərçivəsində 5 milyard dollar itirə bilər. Təhlil.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Agentliyin analitiki Coanna Çenin sözlərinə görə, yeni rüsumlar “Hyundai” və “Kia”nın 2024-cü il gəlirlərinin 25-30%-nə uyğundur. Eyni zamanda, ölkəni daha da yüksək 25%-lə hədələyiblər. Həmin rəqəmlərlə müqayisədə hazırkı ticarət müqaviləsi avtomobil istehsalçıları üçün tarif artımlarının məbləğini 3 milyard dollar azaldır.

“Hyundai” və “Kia”nın səhmləri cümə axşamı ticarət sövdələşməsinin şərtləri ilə bağlı xəbərlər fonunda 4,5-7,3% azalıb. Bu da “Kia” şirkəti üçün bir ildə qiymətli kağızların dəyərindəki ən böyük itkidir.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?