ABŞ-nin Türkiyədəki səfiri: “Ankara və Vaşinqton S-400 problemini həll edəcək”

ABŞ və Türkiyə Ankaranın Rusiya hava hücumundan müdafiə sistemini almasından sonra anlaşılmazlıqlar səbəbindən aralarında yaranan S-400 hava hücumundan müdafiə sistemi problemini həll etməyə doğru irəliləyir.
Təhlil.az xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barak bildirib.
“Əlbəttə, biz həll yolunu tapacağıq. S-400 məsələsi 2017-ci ildə anlaşılmazlıq səbəbindən yaranan bir problemdir. 10 il sonra biz tamam başqa vəziyyətdəyik və həll yoluna doğru irəliləyirik. Bir vaxtlar siyasi çəkişmələrə çevrilən F-35, F-16 qırıcıları və S-400 hava hücumundan müdafiə raket sistemləri ilə bağlı məsələlərin həlli var. Xüsusilə indi, ticarət həcmimizi ildə 100 milyard dollara çatdırdığımız və NATO-nun yardım, məsləhət və dəstək üçün getdikcə daha çox Türkiyəyə müraciət etdiyi bir vaxtda həll asan görünür”, - deyə diplomat qeyd edib.