Dünən

“ChatGPT” “beyin çürüməsi”nə səbəb olur!

Koqnitiv araşdırmalara əsasən, Aİ istifadəçilərinin 83,3%-i bir neçə dəqiqə əvvəl yazdıqları bir cümləni də xatırlaya bilmir. İstifadə etməyənlər isə əksinə, xatırlamaqda heç bir çətinlik çəkmirlər.

Təhlil.az xəbər verir ki, bu nəticə Massaçusets Texnologiya İnstitutunun bu yaxınlarda “ChatGPT” istifadəçilərinin beyinlərini skan edərək apardığı ilk araşdırmada məlum olub. Dörd aylıq araşdırmaların nəticəsi onu göstərib ki, AI-nin uzunmüddətli istifadəsi beyin funksiyasını artırmaq əvəzinə, onu ciddi şəkildə passivləşdirir.

Araşdırma qrupu süni intellekt istifadəçilərinin beyin əlaqəsi və sinir fəaliyyətində 47% kəskin azalma müşahidə edib.

Araşdırmanın növbəti seanslarında “ChatGPT”dən istifadəni dayandırdıqdan sonrakı dəyişiklik müşahidə edilib. Məlum olub ki, onların performansı heç vaxt süni intellektdən istifadə etməyənlərin performansına bir daha çata bilmir.

Ona görə də bu nəticəyə gəlinib ki, “ChatGPT” asılılıqdan daha çox idrak qabiliyyətinin pozulmasına səbəb olur.

Belə ki, “ChatGPT” tapşırıqların həllində istifadəçiləri 60% daha sürətli etsə də, öyrənmək üçün tələb olunan zehni gücü ən yaxşı halda 32% azaldır. Buna səbəb isə insanın suallara artıq asan yoldan cavablar alması, düşünməyi və öyrənməyi dayandırmasıdır.

Babək Zeynal

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?