Bu gün
Ançelotti ayrılıqla bağlı yayılan xəbərlərə aydınlıq gətirib

"Real Madrid”in baş məşqçisi Karlo Ançelotti komandasının Çempionlar Liqasının 1/4 finalında mübarizəni dayandırması ilə bağlı açıqlama verib. Təhlil.az xəbər verir ki, o, bu nəticənin bütün komandanı məyus etdiyini, lakin klub rəhbərliyi ilə münasibətlərində heç bir problem olmadığını bildirib. Təcrübəli baş məşqçi əlavə edib ki, əksinə, prezident Florentino Peres bu çətin dönəmdə ona daha çox dəstək göstərib. Ançelotti ayrılıq barədə yayılan xəbərləri təkzib edib və klub rəhbərliyi ilə yanaşı, futbolçularla da münasibətlərinin çox yaxşı olduğunu vurğulayıb.
“Don Karlo” ləqəbli italyan mütəxəssis açıqlamasında tənqidlərin çox ağır olduğunu qeyd edib və son illərdə əldə edilən uğurların unudulmamalı olduğunu deyib.
"Reuters"