Ağ Evdən iddia: COVID-19 laboratoriyadan sızıb

18 aprel tarixində ABŞ prezident administrasiyasının rəsmi veb saytında koronavirus SARS-CoV-2-nin süni mənşəli olduğunu iddia edən yeni səhifə istifadəyə verilib.
Təhlil.az xəbər verir ki, səhifədə pandemiyaya səbəb olan virusun Uhan şəhərindəki laboratoriyadan sızdığı bildirilib.
Əsas iddialar nələrdir?
SARS-CoV-2 virusunun təbiətdə müşahidə olunmayan bioloji xüsusiyyətlərə sahib olduğu deyilir;
Yoluxmuş şəxslərin hamısının birdəfəlik təmasla virusa yoluxduğu qeyd olunur (əvvəlki pandemiyalarda bu, birdən çox təmas tələb edirdi);
Uhan laboratoriyasında virusun genomu üzərində təcrübələr aparılıb, təhlükəsizlik standartları isə aşağı səviyyədə olub;
ABŞ rəsmilərinin məlumatına görə, ilk COVID-19 simptomları laboratoriya işçilərində 2019-cu ilin payızında — virusun Uhan bazarında yayılmasından xeyli əvvəl müşahidə olunub.
Səhifədə həmçinin deyilir:
“Əgər virusun təbii mənşəli olduğuna dair sübutlar mövcud olsaydı, artıq ortaya çıxmış olardı. Amma belə sübut yoxdur”.
Tənqid oxları kimə tuşlanıb?
ÜST – “Çin Kommunist Partiyasının təzyiqlərinə boyun əyərək, siyasi maraqları beynəlxalq öhdəliklərdən üstün tutub”;
Entoni Fauçi – ABŞ-də pandemiya zamanı məsləhətçi olan Fauçinin laboratoriya mənşəyi versiyasını gözdən salmaq üçün çalışdığı iddia olunur.
Bu açıqlamalar ABŞ-də seçkiqabağı siyasi debatların bir hissəsi kimi də qiymətləndirilir. Bununla belə, iddialar elmi mühitdə yenidən müzakirələrə səbəb olub.