24 iyul

“The American Conservative”: İran və ABŞ razılaşmaya yaxın idi

“İsrail İslam Respublikasını bombalamağa başlayanda İran və ABŞ Tehranın nüvə proqramı ilə bağlı danışıqlarında razılığa gəlməyə yaxın idilər”.

Təhlil.az xəbər verir ki, bu fikir köşə yazarı Ted Snayderin “The American Conservative” jurnalı üçün yazdığı məqalədə yer alıb. Onun fikrincə, mayın 23-də Romada keçirilən danışıqlarda tərəflərin iki qarşılıqlı məqbul variantı müzakirə etdiyinə dair sübutlar artır: Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarəti altında İslam Respublikası tərəfindən uranın zənginləşdirilməsi üzrə tavan həddinin tətbiqi və İran ərazisində uranın zənginləşdirilməsi üzrə beynəlxalq konsorsiumun yaradılması.

“Quincy” İnstitutunun rəsmisi Trita Parsi jurnala müsahibəsində qeyd edib ki, bu variantların hər ikisi İran rəhbərliyinin və ABŞ prezidenti Donald Trampın administrasiyasının tələblərinə cavab verir və İranın nüvə dosyesi probleminin sülh yolu ilə həllinə yol açır. Lakin Amerika lideri hərbi vasitələrə əl atmağa üstünlük verdi, İsrailin İranı bombalamasını dəstəklədi və daha sonra ABŞ hərbçilərinə İranın nüvə obyektlərinə zərbələr endirməyi əmr etdi.

“Nəticədə Tehran və Vaşinqton arasında dialoqu bərpa etmək cəhdləri qarşılıqlı inamsızlıq uçurumuna doğru gedir”, - Snayder qeyd edib.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?