Kreml Putin və Zelenski arasında təkbətək görüşün perspektivlərindən danışıb

"Birincisi, Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski arasında görüş planlaşdırmazdan əvvəl bütün hazırlıq tədbirlərini həyata keçirmək lazımdır".
Təhlil.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov müvafiq sualı cavablandırarkən deyib. Peskov jurnalistlərə deyib: "Biz bütün iş həcmini görməliyik, sonra rəhbərlərə əldə edilmiş nailiyyətləri qeyd etmək imkanı verməliyik”.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu iyulun 23-də bağlı qapılar arxasında keçirilib. Geniş tərkibdə söhbət başlamazdan əvvəl nümayəndə heyətlərinin rəhbərləri Medinski və Umerovun şəxsi görüşü olub. Nümayəndə heyətlərinin görüşü isə cəmi 40 dəqiqə çəkib. Daha sonra Vladimir Medinski danışıqların nəticələri ilə bağlı bəyanat verib.