Si Cinpin: “Çin və Aİ liderləri düzgün strateji qərarlar qəbul etməlidirlər”

Çin və Aİ liderləri qlobal dəyişikliklər qarşısında uzaqgörənlik nümayiş etdirməli və düzgün strateji qərarlar qəbul etməlidirlər.
Təhlil.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin deyib.
“Getdikcə dinamikləşən qlobal dəyişikliklər və qeyri-sabit beynəlxalq şəraitdə Çin və Aİ liderləri bir daha uzaqgörənlik və məsuliyyət nümayiş etdirməli və düzgün strateji qərarlar qəbul etməlidirlər”, - deyə Cinpin Pekin Böyük Xalq Zalında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayeni və Avropa İttifaqı Şurasının sədri Antonio Kostanı qəbul edərkən bildirib. Çin rəsmisi vurğulayıb ki, 2025-ci ildə Çin-Avropa diplomatik əlaqələrinin qurulmasının 50 illiyi, həmçinin BMT-nin 80 illiyi qeyd olunur:
"Çin-Aİ əlaqələri bir daha mühüm tarixi kəsişmə nöqtəsindədir. Çin və Aİ mübadilə və əməkdaşlıq baxımından səmərəli nəticələr əldə ediblər ki, bu da hər iki tərəfə və dünyaya fayda verib".
Si Cinpin vurğulayıb ki, Çin və Aİ çoxtərəfliliyi və açıq əməkdaşlığı müdafiə edən konstruktiv qüvvələrdir.
"Beynəlxalq vəziyyət nə qədər mürəkkəb və ciddi olarsa, Çin və Avropa əlaqələri bir o qədər gücləndirməli, qarşılıqlı etimad və əməkdaşlığı dərinləşdirməlidir", - deyə, o əlavə edib.