Bu gün
Kanadada Azərbaycan dili sinfi açıldı

Kanadanın Ontario əyalətinin Avrora şəhərində yerləşən Father Bressani Katolik Liseyində Azərbaycan dili sinfi fəaliyyətə başlayıb. Təhlil.az xəbər verir ki, bu təşəbbüs, azərbaycanlı valideynlərin və məktəbin xarici dillər üzrə koordinatorlarının dəstəyi ilə həyata keçirilib.
Azərbaycan dili dərsləri şənbə günləri “Mənim Azərbaycanım” bazar məktəbinin təcrübəli müəllimi Sevinc Quliyeva və onun assistenti Lalin Həsənova tərəfindən tədris olunur.
Bu təşəbbüs, xaricdə yaşayan soydaşlarımız üçün milli kimlik və mədəniyyətin qorunması baxımından önəmli addımdır. Avrora, Von və ətraf ərazilərdə yaşayan azərbaycanlılar dərslərə qoşulmaq üçün +1 416 827 6743 nömrəsi ilə əlaqə saxlaya bilərlər.