24 iyul
Rusiyada “An-24” sərnişin təyyarəsi radardan itib

Rusiyanın Amur bölgəsində “An-24” tipli təyyarə ilə radar əlaqəsi itib.
Təhlil.az xəbər verir ki, Xabarovsk–Blaqoveşensk–Tında marşrutu üzrə uçan təyyarədə 40 nəfərin olduğu bildirilir.
Təyyarə Tındahava limanından bir neçə kilometr aralıda radarlardan itib.
Rusiya Fövqəladə Hallar Nazirliyi hadisəni təsdiqləyib.
Xilasedicilər artıq Tındinski rayonuna göndərilib, axtarış-xilasetmə əməliyyatı davam edir.
Bu gün