24 iyul
Merts və Makron Zelenski ilə antikorrupsiya qanunvericiliyini müzakirə edəcəklər

lmaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron, Ukrayna lideri Volodimir Zelenski ilə korrupsiyaya qarşı mübarizə qanunvericiliyini və onun ətrafında yaranan mübahisələri müzakirə etməyi planlaşdırırlar.
Təhlil.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius, Berlində baş tutan danışıqlardan sonra məlumat verib.
“Makron və Merts Zelenski ilə korrupsiyaya qarşı mübarizə məsələlərini ətraflı müzakirə edəcəklər”, – deyə o bildirib.
Həmçinin görüşdə Ukraynadakı hərbi vəziyyət və Kiyevə göstəriləcək gələcək dəstək məsələləri də müzakirə olunub.
Bu gün